Təqvim
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb
21 mart 2024 - 20:12

Yaşasaydı 32 yaşı tamam olacaqdı

 

Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları (19-20 sentyabr 2023-cü il) zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Babayev Sahil Sarıbala oğlunun doğum günü ilə əlaqədar Masallıda anım tədbiri keçirilib.
Martın 21-də, şəhid Müqəddəs Hacıyev adına Ərəb kənd ümumi orta məktəbində təşkil olunan tədbirdə şəhidin doğmaları və digər şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, Masallı Rayon İcra Hakimiyyətinin, rayon üzrə təhsil sektorunun, Xırmadalı kənd ərazi nümayəndəliyinin işçiləri, məktəbin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, şəhid valideynləri Hafiz Qurbanov, Baloğlan Qasımov, Masallı RİHB-nın Xırmadalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov, şəhidin dostu, Vətən müharibəsi iştirakçısı Sabir İmanov, Sığıncaq kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev, Xırmandalı kənd tam orta məktəbinin müəllimi Qulu Gözəlov və başqaları çıxışlarında Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı qazanılan Zəfərdən və şəhid Sahil Babayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin övladları – 8 yaşlı Samir, 6 yaşlı Elçin, 4 yaşlı Milayın ataları üçün söylədikləri şeir parçaları tədbir iştirakçılarına kövrək anlar yaşadıb.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər səslənib.
Oğlu Sahil və onun timsalında vətən yolunda canından keçən bütün Azərbaycan övladları ilə qürur duyduğunu deyən şəhidin atası Sarıbala Babayev tədbirin təşkilatçılarına və iştirakçılara, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib. 
Sonda şəhidin məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.

 

Akif AĞAYEV
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə