Təqvim
GÜLAĞA TƏNHA: Ali Baş Komandan İlham Əliyev ŞANLI ORDUMUZLA 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi
08 noyabr 2023 - 11:48

İlham Əliyev biz nəyi, necə, nə zaman edəcəyimizi çox yaxşı bilirik, həmçinin nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm söyləməklə, Azərbaycan xalqını ərazi bütövlüyünü tam bərpa edəcəyinə inamını ifadə edirdi. 44 günlük müharibə dövründə qələbənin ən böyük təntənəsi məhz işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağın qaldırılması idi. Hər birimiz böyük həyəcanla işğaldan azad edilən ərazilərimizdən Ali Baş Komandana raport verilməsini və üçrəngli bayrağımızın azadlığına qovuşmuş torpaqlarda dalğalanmasını gözləyirdik. Hər dəfə şəhərlərimizin azad olunması və bayrağımızın dalğalanması barədə hərbi raportları eşidəndə xalqımız qürur hissi keçirirdi. Hətta cənab Prezident İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edilməsini təsvir edərkən "şəhəri azad etdikdən sonra bayraq taxmağa yer tapmırdıq deyərək" vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu da bayrağımızın fonunda çatdırdı.
Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində üçrəngli Azərbaycan bayrağını şəxsən ucaldan Müzəffər Ali Baş Komandan gənc nəslə bayraq sevgisini aşılamaqla həm də onun ən böyük ucalıqda dayandığını bir daha təsdiq etdi.
Biz məhz bu ili, Böyük Qələbənin üçüncü ilini daha böyük sevinc hissi ilə yaşayırıq. 2023-cü il ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunduğu il kimi tariximizdə yeni səhifə açıb. 1990-cı ilin noyabrında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik rəmzi kimi Naxçıvanda qaldırdığı üçrəngli müqəddəs simvolumuzun 33 ildən sonra Müzəffər Ali Baş Komandan, Böyük Zəfərin memarı İlham Əliyev tərəfindən Xanın kəndində ucaldılması suverenliyimizin təminatının böyük nidası oldu.  
2023-cü il tariximizdə həm də simvolik mənası ilə əlamətdardır. Bu il xilaskar liderimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi, Milli Qurtuluşun 30 illiyi, möhtərəm İlham Əliyevin prezidentliyinin 20 ili tamam olur. 
Zəfəri bizlərə yaşadan, ömürboyu minnətdar olduğumuz şəhidlərimizin, eləcə də ideyaları Azərbaycanı qələbələrdən qələbələrə aparan Ulu Öndər Heydər Əliyevin ruhu şaddır bu gün...
2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, Qarabağdakı cinayətkar rejimin özünü buraxması, oktyabrın 15-də isə Xankəndidə, Xocavənd şəhərində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr - Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı. Bununla da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi.  


 

Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə