. Dağılmayan dumana, Çənə aparır bu yol. Saxlayır, dilə tutur, Yenə aparır bu yol… . Görən deyir mənzilin, Haradı, hayanadı. Nə yaxşı istəyinin Heç yorulmur qanadı? (Nə bilsinlər dizlərim Ağ yolun yoxuşunda Daş əzir, daş qanadır…)… . Sevgim əlimdən tutub, Tutub, uğur üstəyəm. Nəfəsim təngisə də, Təngiyərmi istəyim? . Göylərdən gül yağası Günə aparır bu yol… Mənsiz darılan gözəl, Sənə aparır bu yol… . Aprel, 2007Gülağa Tənha:
BU YOL
Bütün hüquqlar qorunur © 2025