Çapa göndər
BU YOL - Gülağa Tənha yazır

09 oktyabr 2023 - 21:23

Gülağa Tənha: 

 

 

BU YOL

 

 

.

Dağılmayan dumana,

Çənə aparır bu yol.

Saxlayır, dilə tutur,

Yenə aparır bu yol…

.

Görən deyir mənzilin,

Haradı, hayanadı.

Nə yaxşı istəyinin

Heç yorulmur qanadı?

 

(Nə bilsinlər dizlərim

Ağ yolun yoxuşunda

Daş əzir, daş qanadır…)…

.

Sevgim əlimdən tutub,

Tutub, uğur üstəyəm.

Nəfəsim təngisə də,

Təngiyərmi istəyim?

.

Göylərdən gül yağası

Günə aparır bu yol…

Mənsiz darılan gözəl,

Sənə aparır bu yol…

.

Aprel, 2007