CAN VƏTƏN xəbər verir ki, o, baş verənlərin tamhüquqlu müharibə olduğunu bəyan edib və ehtiyatların geniş şəkildə səfərbər olunmasına göstəriş verib. "İsrail vətəndaşları, biz müharibədəyik, əməliyyatda deyil, müharibədəyik. HƏMAS bizə müharibə elan edib", - o deyib. Baş nazirin sözlərinə görə, səhər saatlarında HƏMAS qruplaşması İsrail və onun vətəndaşlarına qəfil qəfil hücuma keçib. Baş nazirin sözlərinə görə, o, təhlükəsizlik orqanlarının rəhbərlərini toplayıb və əhalinin məskunlaşdığı əraziləri silahlılardan təmizləməyi əmr edib. “Eyni zamanda mən ehtiyatların geniş şəkildə səfərbər edilməsini əmr etdim. Düşmən heç vaxt bilmədiyi qiyməti ödəyəcək”, - deyə Netenyahu əlavə edib. İsrail ordusunun mətbuat xidmətinin rəhbəri briqada generalı Daniel Agari bildirib ki, İsrail ərazisinə 2 mindən çox raket atılıb. “Biz Qəzzadan İsrailə daxil olan onlarla terrorçu ilə döyüşürük. Ordunun bütün qollarından minlərlə ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırışı elan edilib. Vətəndaşlardan xahiş edirik ki, təmkinli olsunlar, yoxlanılmamış məlumat yaymasınlar. Biz müharibə aparırıq”, - deyə general bildirib.Bu, eskalasiya deyil, müharibədir - Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS qruplaşması ilə hərbi əməliyyatların başlamasına münasibət bildirib.
Bütün hüquqlar qorunur © 2024