Gülağa Tənha:
DÜŞÜR
.
Yenə göygözlü göyün
Yerə nəfəsi düşür.
Hər bir dəfə qurbana
Ərəbin dəvəsi düşür.
.
Sözdü çıxan canımdan,
Mürəkkəbim – qanımdan.
Laylam çalınan andan
Yada Nəsimi düşür.
.
Ömür dar bir qəfəsdi,
Sevgi arzu, həvəsdi.
Əcəl deyir ki, bəsdi,
Aləmə səsi düşür.
.
Bakı, 1999
Bütün hüquqlar qorunur © 2024