Çapa göndər
DÜŞÜR - Gülağa Tənha yazır

16 avqust 2023 - 17:46

Gülağa Tənha:

DÜŞÜR

 


.
Yenə göygözlü göyün
Yerə nəfəsi düşür.
Hər bir dəfə qurbana
Ərəbin dəvəsi düşür.
.


Sözdü çıxan canımdan,
Mürəkkəbim – qanımdan.
Laylam çalınan andan
Yada Nəsimi düşür.
.


Ömür dar bir qəfəsdi,
Sevgi arzu, həvəsdi.
Əcəl deyir ki, bəsdi,
Aləmə səsi düşür.
.
Bakı, 1999