İlk sevgi qəlbimdə əbədi qaldı,Gülağa Tənha:
DEYİLƏM
.
İlk sevdiyim qıza
Çılğın gəncliyimi əlimdən aldı,
Ümidim yarpaq tək soldu, saraldı,
Daha əvvəlki tək gülən deyiləm.
.
Sən elə bilirdin sənsiz ölərəm,
Mənim üzüm bərkdi, ölən deyiləm.
Elə incitmisən ürəyimi sən,
Bir daha qapına gələn deyiləm.
.
Pərvanə dolanar şamın başına,
Sevgi məhəl qoymaz ömrün yaşına.
Qayıtsan yenidən on beş yaşına,
Mən sənin sevgini bilən deyiləm.
.
Tənhanın sözünü yadında saxla:
Ömrün keçəcəkdir naləylə, ahla.
Ürəyin nə qədər istəyir ağla,
Axan göz yaşını silən deyiləm.
.
Sumqayıt, dekabr, 1977
Bütün hüquqlar qorunur © 2025