Təqvim
Mayor Anar Novruzovun şəhadətə yüksəlməyinin üçüncü ildönümü ilə bağlı anım günü
14 iyul 2023 - 13:15

Mayor Anar Novruzovun şəhadətə yüksəlməyinin üçüncü ildönümü ilə bağlı anım günü

İyulun 14-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun (12.05.1976-14.07.2020) anım günü qeyd olunub. 
A.Novruzovun şəhadətə yüksəlməyinin üçüncü ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib. 
Mərasimə qatılan Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, rayon rəsmiləri, şəhidin doğmaları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, məzarı üzərinə əklil və gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.
Anım tədbirində Anar Gülverdi oğlu Novruzovun keçdiyi döyüş yolundan, İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən söz açılıb, şəhidin qəhrəmanlıq nümunəsinin yeni nəsl üçün örnək olduğu bildirilib.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.
 
Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə