Masallı rayonunun Xıl kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının rəhbər və əməkdaşları, ağsaqqal və ziyalılar, şəhid ailələri, I və II Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Masallı RİH başçısı Araz Əhmədov çıxışında bildirib ki, şəhidlərimizin doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış abidə kompleksi onların ruhuna böyük ehtiramın təcəssümüdür: ”44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə tarixi Qələbə qazandı, 30 ildən bəri işğal altındakı torpaqlarımız qəsbkarlardan azad edildi. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadaraq, Zəfər Gününü Azərbaycan tarixinə yazdıq...” Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseyovun qızı Aytən Hüseynova, qardaşı Əliqadir Eynullayev, şəhid Elgün Mikayıllının atası Aqil Nağıyev, şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova və başqaları şəhidlərin qısa, şərəfli həyat yolundan, igidliklərindən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, bu gün dövlət sərhədində tördəilən düşmən təxribatlarına ordumuzun layiqli cavabından, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər, şair Tahir Heydərlinin Milli Qəhrəman Elşad Hüseynova həsr etdiyi "Vətən oğlu" poemasından parçalar səsləndiriblər. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2023