Təqvim
Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir
16 aprel 2022 - 18:41

Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir.
Praktiki məşğələlərə cəlb olunan mühəndis bölmələri səhra təlim mərkəzlərinə çıxarılıb.
Şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə bacarıqlarının təkmilləşdirildiyi məşğələlər 44 günlük Vətən müharibəsində qazanılmış təcrübəyə əsasən keçirilir.
Məşğələlər zamanı silahlanmada mövcud olan  müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları nümayiş etdirilib. Şəxsi heyətə “Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin mühəndis kəşfiyyatının aparılması qaydaları  çatdırılıb.
Məşğələlərdə mühəndis yol bölmələri tərəfindən təbii və süni maneələrdən texnikaların keçidi təmin edilib, şəxsi heyət partlayıcı qurğu və vasitələrdən istifadə qaydaları üzrə praktiki məşq etdirilib.
Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə