Təqvim
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir +VİDEO
13 aprel 2022 - 19:25

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.
6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.
Yarış aprelin 15-dək davam edəcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə