Təqvim
"Efes-2022" təlimdə iştirak edəcək heyətin hazırlığı yoxlanılıb
07 aprel 2022 - 17:10

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək şəxsi heyətin hazırlıq səviyyəsini, eləcə də təminat və təchizatını yoxlayıb.
Ölkəmizi təlimdə təmsil edəcək hərbi qulluqçularla görüşən kontr-admiral S.Bəkirov Müdafiə Nazirliyinin rəhbərliyi adından onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə