Təqvim
Azad edilmiş ərazilərdə artilleriyaçılarımızın bir günü +VİDEO
05 aprel 2022 - 12:03

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə bütün sahələrdə bərpa-quruculuq və tikinti işləri davam edir. Burada dislokasiya olunmuş bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran tapşırıqlar planlı şəkildə icra olunur.

 

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma  vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyekləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.
Yeni yaradılmış mövqelərdə, yerləşmə məntəqələrində və hərbi şəhərciklərdə döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək üçün yataq ləvazimatları, müasir mebellər, mətbəx avadanlıqları, ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, rahat yataqxanalar, xidməti otaqlar, sanitar qovşaqlar, həmçinin tibb məntəqələri və digər obyektlər mövcuddur. Bütün şəhərciklər və modul tipli yerləşmə məntəqələri mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, həmçinin fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.  

 

Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində tədbirlər plana uyğun olaraq həyata keçirilir.
Azad edilmiş ərazilərimizdə il ərzində hərbi qulluqçuların normalara əsasən ərzaq, əşya-əmlak və geyimlə təmin edilməsi maddi texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.
 Müdafiə Nazirliyinin müvafiq qurumlarının vəzifəli şəxsləri daima hərbi hissələrdə olur, şəxsi heyətin qayğı və müraciətləri ilə maraqlanır, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görürlər.
Günün nizam qaydalarına uyğun döyüş növbətçiliyi və qoşun xidməti təşkil edilir, döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə dərslər keçirilir.
Məşğələlərdə  şəxsi heyət tərəfindən silahların taktiki-texniki xüsusiyyətləri mənimsənilir və onların döyüşdə səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə məşqlər icra olunur.
Yüksək əhval-ruhiyyədə Vətənin keşiyində dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın hər bir əmrinə daim hazırdır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə