Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib.
Plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Təlimin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.
Bütün hüquqlar qorunur © 2024