Təqvim
Hərbi Dəniz Qüvvələrində yoxlama keçirildi
19 fevral 2022 - 12:06

Hərbi Dəniz Qüvvələrində kompleks yoxlamanın nəticələrinə dair xidməti müşavirə keçirilib.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib.

Gəmi heyətləri “Həyəcan” siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi hazırlığı yoxlanılıb.

General-polkovnik K.Vəliyevə hərbi gəmilərin və gəmi heyətlərinin yerləşməsi, döyüş hazırlığı və vaxta xidmətinin təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib. Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris Mərkəzində də olub, burada xidmətin təşkili və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Sonra Müdafiə Nazirliyinin müvafiq baş idarə, idarə və HDQ-nin komandanlığının iştirakı ilə kompleks yoxlamanın yekun nəticələrinə dair xidməti müşavirə keçirilib. Görülmüş işlərin təhlilini aparan general-polkovnik K.Vəliyev döyüş gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib, bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə edildiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, Vətən müharibəsində HDQ-nin şəxsi heyəti Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib. Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və dogər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Sonda general-polkovnik K.Vəliyev HDQ-nin döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını komandanlığa çatdırıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə