Təqvim
Zakir Həsənov Təlim Mərkəzinin AÇILIŞINDA (+FOTO=18, +VİDEO)
10 fevral 2022 - 11:39

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində olub.
Məruzə olunub ki, mərkəzdə komando və digər qoşun növü bölmələrinin təyinatı nəzərə alınmaqla, bu bölmələrdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilir.

 

Mərkəzdə müasir döyüş üsullarının praktiki tədbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim nöqtələri inşa olunub.

 

Hərbi qulluqçuların istənilən hava şəraitində döyüş vərdişlərini təkmilləşdirmək, o cümlədən fiziki və atəş hazırlıqlarını yüksəltmək məqsədilə zəruri şərait yaradılıb.
Bununla yanaşı, hərbi qulluqçulara mürəkkəb dağ şəraitində döyüş aparmaq, pusqu və kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, eləcə də yaşayış məntəqələrində əməliyyatların və antiterror fəaliyyətlərinin aparılması öyrədilir.

 

Sonra nazirliyin rəhbər heyəti yeni inşa edilən qərargah binası ilə tanış olub.

 

Bildirilib ki, mərkəzin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbi qulluqçular üçün sinif, inzibati və xidməti iş otaqları mövcuddur. Bütün otaqlar zəruri mebel və avadanlıqlar, o cümlədən əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və kommunikasiya xətləri çəkilib. Ərazidə abadlıq işləri aparılıb.

 

Daha sonra  general-polkovnik Z.Həsənov mərkəzdə hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib. Yeni tikilən binada silah, ideoloji, məişət, dəftərxana və digər otaqlar zəruri avadanlıqla təchiz olunub. Yataqxanada şəxsi heyətin qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.  
Müdafiə naziri Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə