Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025