Qarabağda minaların təmizlənməsi prosesində Azərbaycan Ordusuna dəstək verən türk hərbçilər “TRT Haber” tərəfindən görüntülənib. Türkiyə televiziyası türk hərbçilərin faəliyyətini lentə alıb. Xəbərdə qeyd olunur ki, Türkiyədən gələn minaaxtaranlar vətəndaşların işğaldan azad olunmuş torpaqlara daha tez qayıtması üçün dayanmadan işləyirlər. Bölgədə bir neçə qrupun işlədiyi və hər qrupda 130 türk hərbçinin yer aldığı diqqətə çatdırılır. Məlumata görə, türk hərbçilər mina təmizləməklə yanaşı, azərbaycanlı hərbçilərə təlimlər də keçirlər.
Bütün hüquqlar qorunur © 2025