Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatların axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir.
Bütün hüquqlar qorunur © 2025