Təqvim
“Üç qardaş - 2021” beynəlxalq təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib (+FOTO=9, +VİDEO)
21 sentyabr 2021 - 14:15

Sentyabrın 20-də “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.  

 

Tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.

 

Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedişi barədə məruzə olunub.

 

Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrində plana uyğun verilən tapşırıqları icra ediblər. Bölmələr cavabdehlik sahəsində axtarış tədbirləri, aşkarlanan obyektlərin nəzarətə götürülməsi, şərti düşmənin idarəetmə məntəqələrinin məhv edilməsini yüksək peşəkarlıqla yerinə yetiriblər. Artilleriya və aviasiya atəşlərinin idarə olunması məqsədilə koordinatların verilməsi, həmçinin aviasiya vasitələrinin dəstəyi ilə digər tapşırıqlar da icra olunub.

 

Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.

 

Müdafiə naziri bildirib: “Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən  xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”.

 

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstəyə görə Türkiyə Respublikasına və Pakistan İslam Respublikasına minnətdarlığını bildirən Müdafiə naziri gələcəkdə də bu cür təlimlərin keçiriləcəyini qeyd edib.

 

Təlimin şüarının "Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!" olduğu diqqətə çatdırılıb.

 

Sonda təlim iştirakçılarına hədiyyələr təqdim olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, QHT
Gülağa Tənha: QOÇ KOROĞLUYA MƏKTUB19:04, 13 avqust 2022
Ata 5 yaşlı qızının üstünə qaynar su tökdü 18:51, 13 avqust 2022
Gürcüstan Ermənistana yüklərin daşınmasına icazə verdi 18:49, 13 avqust 2022
Xəzər dənizində bir nəfər batdı 18:48, 13 avqust 2022
Çin uçan insansız sualtı qayıq hazırlayır 18:44, 13 avqust 2022
Gülağa Tənha: NƏ MƏN SƏNDƏN, NƏ SƏN MƏNDƏN16:58, 12 avqust 2022
Rusiya İrandan dronlar alacaq 16:56, 12 avqust 2022
"Müharibə Rusiya iqtisadiyyatını dörd il geri saldı" 16:43, 12 avqust 2022
Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı 16:39, 12 avqust 2022
Prezident ona "Şərəf" ordeni verdi - SƏRƏNCAM16:37, 12 avqust 2022
İlham Əliyevdən 10 min nəfəri sevindirəcək SƏRƏNCAM16:35, 12 avqust 2022
Masallıda arıçılara sublimator avadanlığı verilib Akif Ağayev, +FOTO=516:07, 11 avqust 2022
Gülağa Tənha "Dərdin nazını çəkmə" kitab təqdimatı. Çıxış edir: Xalq şairi Fikrət Qoca 15:47, 11 avqust 2022
Prezident bu rayona icra başçısı TƏYİN ETDİ15:28, 11 avqust 2022
Türkiyə və Ermənistan xüsusi nümayəndələri bu tarixdə görüşəcək 15:19, 11 avqust 2022
Ermənistanda valideynlər aksiya keçirdi 15:16, 11 avqust 2022
Yemək yeyərək intihar etməyə cəhd etdi 15:15, 11 avqust 2022
Avropa Rusiya kömürünü QADAĞAN ETDİ15:11, 10 avqust 2022
Qurban Qurbanov futbolçuları belə təbrik etdi +VİDEO15:08, 10 avqust 2022
"Ukraynalı əsgərlərə təlimlər keçəcəyik" - Danimarkalı nazir15:06, 10 avqust 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə