Təqvim
Şəhid mayor Rüfət Əsgərovun doğum günündə xatirəsi anılıb (+FOTO=4, +VİDEO)
31 avqust 2021 - 17:23

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn mayor Rüfət Əsgərovun doğum günündə  xatirəsi yad olunub.
Anım mərasimində  şəhidin ailəsi, dostları, döyüşçü və hərbçi yoldaşları, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları II Fəxri xiyabanda dəfn olunan igidimizin qəbrini ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən anım mərasimində şəhid zabitin şərəfli həyat yolundan, onun torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşməsindən, cəsarət və qorxmazlığından, Vətəninə, torpağına, elinə-obasına bağlılığından danışılıb. Çıxış edənlər Rüfət Əsgərov kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağını və onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu xüsusi vurğulayıblar.
Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə