Təqvim
ŞƏHİD ÖVLADLARININ, həmyaşıdları ilə birgə dünyaya müraciəti - VİDEO
11 noyabr 2020 - 18:39

Bu gün dünyaya özünü əzilmiş xalq kimi göstərməyə çalışan ermənilər Beynəlxalq aləmi çaşdırmaq yönündə addımlarını dayandırmır, əksinə Azərbaycan əleyhinə yeni yeni yalanlar uydurmaqda davam edirlər.

Erməni yalanlarını ifşa etmək, Azərbaycanın haqq səsini ucaltmaq hər bir vətəndaşın borcudur.  


Bu dəfə dünyaya Azərbaycanın Mili qəhrəmanı, Şəhid polkovnik-leytenant Murad Mirzəyevin qızı Dəniz Mirzəyeva, Şəhid baş leytenant Mirzə Novruzovun qızı Nuray Novruzova, Şəhid polkovnik Vüqar Yusifovun qızı Aytən Yusifova, jurnalist Tural Müseyibovun övladları səslənib. Onlar Beynəlxalq aləmi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terrora göz yummamağa çağırıb. İngilis dilində hazırlanan video çarxda səslənən musiqinin müəllifi bəstəkar (İncəsənət üzrə Magistr, Avstriya Grats) Tahir İbişovdur.

Video çarx Azpromedia Şirkəti tərəfindən hazırlanıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə