Ermənistan silahlı qüvvələrinin komandirlərinin işğal olunmuş Xankəndidə iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub. Ötən gün Dağlıq Qarabağda separatçı rejimin hərbçiləri uşaq bağçasında iclas keçirib. Məlum olub ki, həmin bağça Xankəndi şəhərində yerləşən 3 saylı uşaq bağçası olub. “Dinc əhalini raketlərlə öldürən hərbi cinayətkardan başqa nə gözləmək olar”, - şəkli şərh edərkən Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə qeyd etmişdi.
Bütün hüquqlar qorunur © 2025