======================================= MƏLUMAT 17 - 23:58 Düşmən Tərtər şəhərini atəşə tutur TƏCİLİ Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur. ======================================= MƏLUMAT 16 - 23:58 Düşmənin artilleriya batareyasi məhv edildi ======================================= MƏLUMAT 15 - 20:39 “İtirilmiş mövqelərini geri qaytarmağa cəhd göstərən düşmən itki verərək qaçmağa məcbur edilib” Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib. Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib. Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir. ======================================= MƏLUMAT 14 - 20:04 Düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri məhv edilib – VİDEO Video linki: https://www.youtube.com/watch?v=bNoPM5T6qoE&feature=youtu.be ======================================= MƏLUMAT 13 - 19:02 Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib – VİDEO Video linki: https://studio.youtube.com/video/gtmGOSP3TlQ/edit/basic ======================================= MƏLUMAT 12 - 14:12 Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur. Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür. ======================================= MƏLUMAT 11 - 13:39 Tərtər və Ağdam düşmən tərəfindən atəşə tutulur TƏCİLİ Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur. ======================================= MƏLUMAT 10 - 13:20 Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti təxribatıdır. ======================================= MƏLUMAT 9 - 13:15 Düşmənin bir sıra hərbi texnikası məhv edilib Düşmənin növbəti artilleriya qurğuları Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib. ======================================= MƏLUMAT 8 - 12:55 Düşmənin növbəti artilleriya qurğuları məhv edilib - VİDEO ======================================= MƏLUMAT 7 - 12:19 “Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır” Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır. Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir. Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır. ======================================= MƏLUMAT 6 - 12:11 Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri Dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib. Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik. ======================================= MƏLUMAT 5 - 11:44 Düşmənin bütün havadan müdafiə sistemini yönəldən 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib. ======================================= MƏLUMAT 4 - 11:37 Azərbaycan Ordusu tərəfindən Qubadlıda "S-300" idarəetme sistemi məhv edildi ======================================= MƏLUMAT 3 - 11:29 Youtube linki: https://youtu.be/JXRUPtHd44k Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edildi - VİDEO ======================================= MƏLUMAT 2 - 10:49 Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir - VİDEO ======================================= MƏLUMAT 1 - 10:23 Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur =======================================
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Ermənistan silahlı qüvvələrinin artilleriya qurğularının məhv edilməsinin görüntülərini təqdim edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.
Radar, həmçinin hava hədəflərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.
Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.
Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.
Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.
Bütün hüquqlar qorunur © 2025