======================================= MƏLUMAT 10 - 19:56 Düşmənin zirehli texnikası məhv edilib – VİDEO Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir. https://www.youtube.com/watch?v=PRmr4O4FiUI&feature=youtu.be ======================================= MƏLUMAT 9 - 18:02 Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti videogörüntüsünü təqdim edirik – VİDEO ____ Another video footage of war trophy captured from the enemy – VIDEO ____ Очередное видеоизображение захваченных у врага военных трофеев – ВИДЕО Video linki: https://www.youtube.com/watch?v=LW6hf3eis8U&feature=youtu.be ======================================= MƏLUMAT 8 - 17:24 Düşmən hərbi kolonu darmadağın edilib – VİDEO Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv olunub. Düşmən hərbi kolonu darmadağın edilib. ======================================= MƏLUMAT 7 - 16:38 Azərbaycan Müdafiə Nazirliyi: Döyüş əməliyyatları zamanı Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır. ======================================= MƏLUMAT 6 - 13:29 Gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsü ======================================= MƏLUMAT 5 - 13:04 Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur. Qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir. Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur. Youtube linki: https://youtu.be/qC47Avq6IsM ======================================= MƏLUMAT 4 - 12:36 Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikaların videogörüntüsü - *VİDEO* Youtube linki: https://youtu.be/EsjaKMYYK7Q ======================================= MƏLUMAT 3 - 09:27 Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutur Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur. Azərbaycan Ordusu adekvat tədbirlər görür. ======================================= MƏLUMAT 2 - 09:06 Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var. ======================================= MƏLUMAT 1 - 00:45 Cəbhənin müxtəlif istiqamətlərində düşmənə ciddi zərbələr vurulub Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. 1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər. =======================================
Ordumuz adekvat tədbirlər görür.
____
Bütün hüquqlar qorunur © 2025