Təqvim
Heydər Əliyev Fondunun nümayəndələri Masallıda şəhid zabitin ailəsinə baş çəkiblər
26 iyul 2020 - 16:28

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşüblər.
Heydər Əliyev Fondunun nümayəndələri Masallı rayonunun Ərkivan qəsəbəsində mayor Anar Novruzovun ailəsinə baş çəkib, şəhid zabitin məzarını ziyarət ediblər.
Görüş zamanı Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində olacağı bildirilib.
Akif AĞAYEV. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə