Təqvim
Dünya şöhrətli müğənni soydaşımız Sami Yusufdan Azərbaycana dəstək
20 iyul 2020 - 22:26

Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf son günlər Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində cərəyan edən hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatla başlanan döyüşlərdə azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı sosial şəbəkə hesabından paylaşımlar edərək tarixi Vətəninə dəstəyini ifadə edib.

"Mən yaralanmış və həlak olmuş Azərbaycan əsgərləri, hərbçiləri və sadə vətəndaşlarına görə dərin hüzn hissi keçirirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını dayandırmasını istəyirəm və təcili atəşkəs çağırışlarına mən də qoşuluram" – deyə Sami Yusuf özünün “İnstagram” səhifəsində yazıb.

Müğənni Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonuna hücumları zorakılıq kimi qiymətləndirib. Sami Yusuf “Nyu-York Tayms” qəzetinin saytından (nytimes.com) Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrlə bağlı xəbərdən də paylaşım edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni silahlı qüvvələri tərəfindən zəbt edildiyini və illərdir davam edən bu vəziyyətin insanların həyat işığının söndürülməsinə səbəb olduğunu vurğulayır.

O, həmçinin bildirib ki, COVİD-19-la üz-üzə olduğumuz dövrdə Ermənistan öz simasını daha aydın göstərdi.

Qeyd edək ki, müğənni soydaşımız bir neçə gündür özünün “İnstagram” hesabında üzərində Azərbaycan bayraqları olan #QARABAĞAZƏRBAYCANDIR başlıqlı paylaşımlar edir və bu onun çoxsaylı sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanır.

Sami Yusufun paylaşımlarına və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının dayandırılması barədə çağırışına müxtəlif ölkələrdən çoxlu sayda insanlar qoşularaq həmrəyliyini ifadə edib.

Yeri gəlmişkən, iyulun 21-i  Sami Yusufun doğum günüdür, sənətçinin 40 yaşı tamam olur.

Mədəniyyət Nazirliyi Azərbaycan mədəni dəyərlərinin, musiqimizin təbliğinə, eləcə də  Azərbaycanla bağlı həqiqətlərin dünyada yayılmasına töhfələrini əsirgəməyən vətənpərvər soydaşımızı doğum günü münasibətilə təbrik edir, ona həm sənət həyatında, həm də ölkəmizlə bağlı bu nəcib fəaliyyətində uğurlar arzulayır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
DİNİ QURUMLAR, HUQUQ, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə