Təqvim
Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq Rufiz Qonaqov bildirir
16 iyul 2020 - 19:01

 İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu Ağdam kəndi istiqamətində erməni silahlı birləşmələri növbəti dəfə Azərbaycan torpaqlarına minaatanlardan və qumbaralardan silahla atəş açıblar və təxribat törədiblər. Azərbaycan ordusu düşmənə layiqli cavabını verib.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib.

"Əldə etdiyimiz məlumatlara görə xeyli sayda düşmən məhv edilib. Bu Ermənistanın Azərbaycana qarşı və Azərbaycanın sərhəd boyu torpaqlarına qarşı təxribat törətməsi ilk dəfə deyil. Azərbaycan ordusu bugün istənilən təxribata cavab vermək iqtidarındadır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, düşmən öz layiqli cavabını həmişə alıb və bundan sonra da alacaq. Şəhidlərimizin heç bir zaman qisası yerdə qalmayacaq", - deyə R.Qonaqov vurğulayıb.

Politoloq bildirib ki, düşmənin bu təxribatı növbəti dəfə bir daha onu göstərdi ki, Ermənistan işğalçı və terrorçu ölkədir.

"Dünya birliyi, dünya ictimaiyyəti, ATƏT-in Minsk Qrupu təxribatçını, işğalçını öz adı ilə çağırmalı, məhz Ermənistan həm Azərbaycan üçün, həm dünya birliyi üçün qara ləkədir və bu ölkə öz layiqli cəzasını almalıdır".

Sədr həmçinin qeyd edib ki, Qarabağ istiqamətində qoşunların təmas xəttində də əgər bu təxribatlar baş verərsə (və bu da istisna olunmur), sözsüz ki, aprelin 2016-da baş verən döyüşlər yenidən təkrarlanacaq. Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq.

"Azərbaycan ordusu hər an, hər dəqiqə öz torpaqını azad etmək əzmindədir və Ali Baş Komandanın əmrini gözləyir. Sadəcə olaraq ermənilərin ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ-a) yalvarışları nəticəsində atəşkəs rejimi yenidən bərpa olunub. Ermənilər bunu başa düşmürlərsə, yaqin ki, Azərbaycan onlara başa salmaq məcburiyyətindədir, çünki biz kiminsə ərazisini işğal etməmişik, biz öz torpaqlarımızı azad etməliyik. Ya Ermənistan rədd olub getməlidir Azərbaycan torpaqlarından, ya da Azərbaycan öz torpaqlarını istər sülh yolu ilə, istərsə də hərb yolu ilə azad edəcək.

Azərbaycan ordusu hər an düşməni yerinə nəinki otuzdurmağa, öz torpaqını qısa zamanda, heç bir ay olmaz ki, bütün torpağlarımızı azad etmək gücündədir. Ermənistan bugün vassal, terrorçu və işğalçı ölkədir və bu ölkə bugün yalnız müəyyən havadarlarına arxalanır, amma bu dəfə onların köməyinə də havadarları çatmayacaq".Day.Az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ, QHT
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə