Təqvim
"Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya"nın müddəaları müzakirə edilib
13 may 2020 - 13:02

Dövlət Gömrük Komitəsində "Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya"nın icra vəziyyəti ilə bağlı onlayn iclas keçirilib.

Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin konsepsiyanın icrasının sürətləndirilməsinə dair tapşırığına əsasən keçirilən iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri - Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, tranzit imkanlarının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, gömrük sistemində şəffaf mühitin yaradılamsına, gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə şərait yaradıb.

Gömrük orqanlarının dövlət başçısının həyata keçirdiyi islahatların uğurla reallaşdırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan yeniliklər, innovativ layihələr hazırlayıb həyata keçirdiyini diqqətə çatdıran İsmayıl Hüseynov "Gömrük rəsmiləşdirilməsinin takmilləşdirilməsi üzrə Konsepsiya"nın tətbiqi ilə gömrük sistemində mühüm təkmilləşdirilmələrin aparılacağına əminliyini ifadə edib.

O da bildirilib ki, konsepsiyanın tətbiqi vətəndaş-məmur təmasının tam aradan qaldırılmasına, elektron xidmətlərin sayının artmasına, gömrük əməliyyatlarının daha çevik və effektiv şəkildə reallaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.

Sonra "Gömrük rəsmiləşdirilməsinin takmilləşdirilməsi üzrə Konsepsiya"nın müddəaları üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, yeni konsepsiyaya əsasən xarici ticarət iştirakçısının "Vahid Uçot və Balans sistemi"nin formalaşdırılması, eyni zamanda, gömrük tariflərinin tənzimlənməsi və gömrük dəyərləndirilməsində subyektiv amillərə yol verilməməsi məqsədilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında əks olunan təfsilatlı kodlaşdırılma sisteminin yaradılaraq tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda, yeni sənəddə əks olunan gömrük təmsilçiliyi sistemində təkmilləşdirilmələrin aparılması, gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin sayının minimuma endirilməsi, xarici ticarət iştirakçısının "Şəxsi Kabinet"inin yenidən qurulması, elektron xidmətlərin çeşidi və sayının daha da artırılmasına dair müddəalar ətraflı müzakirə olunub.

Həmçinin, yeni konsepsiyaya əsasən gömrük bəyannaməsinin emalı prosesində qərar qəbul edilməsi mexanizminin tam avtomatlaşdırılması, gömrük dəyəri ilə bağlı məsələlərin gömrük orqanına gəlmədən elektron qaydada həll edilməsi və sahibkarların məmnuniyyətinin təmin olunması məqsədilə digər yeniliklərin tətbiqi nəzərdə tutulur.

Sonda İsmayıl Hüseynov DGK sədri Səfər Mehdiyevin tapşırıq və tövsiyələrinə əsasən müzakirələrdə səsləndirilən təklif və rəylər də nəzərə alınmaqla yeni konsepsiyanın qısa zamanda tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə