Smartfon işığının yuxuya göstərdiyi mənfi təsirləri var

Təqvim
Smartfon işığının yuxuya göstərdiyi mənfi təsirləri var
08 may 2020 - 19:28

Mərkəzi Gömrük Hospitalının nevropatoloqu smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlərini açıqlayıb

Etiraf edək ki, karantin və özünütəcrid dövründə bəzi insanlar öz smartfonlarından daha intensiv surətdə, demək olar ki, dayanmadan, gecə-gündüz istifadə etməyə başlayıblar. Bu nə dərəcədə təhlükəsizdir?.. Telefonlardan məhdudiyyət qoyulmadan istifadənin hansı fəsadları ola bilər?. Bu və digər sualları Mərkəzi Gömrük Hospitalının nevropatoloqu Lalə İbrahimova cavablandırıb.
İnsanlar bəzi hallarda özlərini bilərəkdən yuxudan məhrum edirlər. Gecələr yuxuları gəldiyi halda, telefona baxır, telefon ilə danışır və gələn məktubları cavablandırırlar. Yəqin ki, bütün bunların yuxu və beyninin sağlamlığına necə təsir etdiyini bilmirlər. Sadə görünən bu vərdişlər əslində insan sağlamlığına çox pis təsir göstərir.
Özümüzü yuxudan məhrum etməklə, biz bir az daha zaman qazanmağa çalışırıq. Lakin bununla ömrümüzü qısaltmış oluruq. Alimlər 6 il müddətində 400 000 insansın üzərində yuxu ilə bağlı araşdırma aparıb. Məlum olmuşdur ki, az yatan insanlarda ürək-damar sistemi pozğunluğu, depresssiya, həyəcan, diabet, piylənmə xəstəliklərinin olması və hətta ölüm riski 10% çox olmuşdur. Bunun səbəbi isə yuxu və gümrahlıq göstəricisi olan sirkad ritmlərindədir.
Sirkad ritmləri melotonin hormonu vasitəsilə tənzimlənir. Melotonin baş beyində yerləşən epifiz vəzisində sintez edilir. Melotonin hormonu orqanizmdə şiş əleyhinə, antioksidant təsir edir, endokrin sistemi ilə bağlı insulinə qarşı həssaslığı artırır, çəkinin tənzimlənməsinə kömək edir, yaşla əlaqədar testeronun səviyyəsinin aşağı düşməsinin qarşısını alır, ürək-damar və immun sisteminin requlyasiyasında iştirak edir. Araşdırmalar göstərmişdir ki, melotonin hormonunun normal səviyyədə sintez edilməsi insan ömrünü 20% artırır.
Gur işıq melotonin sintezini iki dəfə aşağı salır. Çox insanlar bunları bilmir, ya bu haqda düşünmək istəmirlər. Smartfonun verdiyi işıq spektrində bizim gözlə görmədiyimiz göy işıq melotonin sintezini kəskin sürətdə aşağı salır. Belə ki, gecələr kompyuterdə, planşetdə, telefonla informasiya mübadiləsi edən insanlarda yuxu hissi gec yaranır, melotonin pik həddinə çox gec çatır və nəticədə dərin yuxu fazası azalır.
Beləliklə,bir çox insanlar iş həftəsi müddətində lazımı qədər yatmırlar, yuxu keyfiyyətsiz olur, bazar günlərində isə çox yatmaqla yorğunluqlarını aradan qaldırmağa çalışırlar, lakin belə qrafiklə insanlar özlərini yaxşı hiss edə bilərlər. Əslində bu həftə ərzində toplanmış stressin, yuxusuzluqun birdən –birə yox olmasına səbəb olmur. Bu insanların ağrıkəsici kimi dərman qəbul etməsinə bənzəyir. Səbəb isə həll olunmadan qalır. Həmçinin, insanlar üzərində 3 həftə ərzində yuxu ilə bağlı digər təcrübə aparılmışdır.
Belə ki, təcrübədə iştirak edən insanlardan , əhalinin çoxunun davrandığı kimi gec və 6 saat müddətində yatmaq, yəni sirkad ritminə laqeyd yanaşmaq tapşırılmışdır. Nəticədə araşdırmalar göstərmişdir ki, bu insanlar prediabet vəziyyətinə gəlmişdilər. Bu problemin həlli çox sadədir. 2019-cu ildə alimlər tərəfindən aparılan digər araşdırmada insanlar yuxu gigiyenası qaydalarına düzgün riayət etmişdirlər.Bu araşdırmanın nəticəsində insanlar özlərini gümrah hiss etmiş, əzələ gücü artmış, reaksiya sürətlənmiş, stress və depresiiya səviyyəsi aşağı düşmüşdür.
Əgər siz də təcrübədə iştirak etmiş insanların əldə etdiyi uğurları qazanmaq istəyirsinizsə aşağıda qeyd olunmş 4 sadə qaydaya riayət etməlisiniz.
1. Sizə uyğun olan yatmaq və durmaq vaxtını müəyyən edin. Bunun üçün bu qrafiki əldə edənə qədər hər dəfəki yatdığınız və oyandığınız vaxtdan bir saat əvvəl yatın və oyanın.
2. Yatmazdan 1 və ya 2 saat əvvəldən smartfonları söndürün. Əgər bu mümkün deyilsə, f.lux proqramını yükləyərək kömpüterinizdə və telefonda işıq spektrinin göy işığının axşamlar şüalanmasını azaldın və ya kömpüter üçün nəzərdə tutulmuş qəhvəyi və sarı rəngli eynəklərdən istifadə edin.
3. Yatan zaman yan otaqlardan və ya pəncərədən işıq şüasının qarşısını almaq lazımdır, çünki bu yuxunun keyfiyyətinə təsir edəcək və melotonin sintezini azaldacaq. Bunun üçün yuxu maskalarından da istifadə etmək olar. Yaşlı insanlarda yatan zaman kənar ışıqlar yeniyetmələrdən fərqli olaraq onların yuxusunun keyfiyyətini daha çox pozur. Bu yeniyetmə vaxtlarından başlayaraq hər beş ildən bir billurda baş vermiş dəyişiklilər səbəbindən yaşlı insanlarda işıq spektrinin göy şüaları daha çox qəbul edilməsi ilə əlaqəlidir.
4. Səhər yuxudan oyanan zaman otağı gur işıqlandırmaq lazımdır.
Əgər yuxu gigiyenasına düzgün riayət etməyinizə baxmayaraq bir ay ərzində yata bilmirsinizsə, belə halda həkimə müraciət etmək məsləhətdir. Qeyd edək ki, bioloji ritmlərə əməl etmək insanın sağlamlığının əsasıdır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə