Təqvim
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu ürək-damar xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlyaıb
17 aprel 2020 - 14:02

Bəşəriyyət koronavirus (COVID-19) kimi qlobal təhlükə ilə üzləşib və bütün dünyada bu virusla ciddi mübarizə aparılır. Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev bildirir ki, koronavirus infeksiyası risk qrupuna daxil olan xroniki ürək-damar xəstələrinə yoluxması ehtimalı daha yüksəkdir. Koronavirusa yoluxan xəstələrin şikayətləri əzginlik, halsızlıq, şiddətli quru öskürək,yüksək temperatur və ciddi tənginəfəslikdən olur. Yanaşı xroniki ürək-damar xəstəliyi olanlarda isə anormal təzyiq yüksəlmələri ola bilər.

Koronavirus xəstəliyinin əsas simptomlardan biri olan yüksək temperatur, orqanizimdə iltihabi vəziyyəti artırdığı üçün ürək-damar xəstəliyi olan insanlarda kəskin miokard infaktı riskini yüksəldir.Bu infeksiya nəticəsində orqanizimdə toxuma və orqanların oksigenə tələbatı artır. Oksigen ehtiyacını qarşılamaq üçün ürək daha çox işləməyə məcbur olur.

Koronavirusa yoluxan urək-damar xəstələrində yaranan yüksək temperatur və su itkisi ürək vurğularının sayının artmasına və arterial təzyiq oynamalarına səbəb olur. Nəticədə ürək-damar xəstəliyi olan və ya olma ehtimalı olan xəstələrdə ciddi fəsadlara səbəb olur. Dünyada bu xəstəliyə tutulan xəstələrin əksəriyyətində simptomlar yüngül olsa da, çox təəssüf ki, yaşlı və xronikiürək-damar xəstəliyi olan insanlarda bu xəstəlik yüngül keçmir.

Bütün bunları göz önünə gətirərək, risk qrupunda olan bütün xəstələr özlərini yaxşı qorumalı, öz sağlamlıqlarına hər zamankından daha diqqətli yanaşmalıdırlar. Ürək-damar xəstələri və digər xroniki xəstəlikləri olan insanlar koronavirus pandemiyası dövründə nəyə diqqət etməlidirlər?

1. Evdə qalmalıdırlar. Evdən çıxmağa məcbur qaldıqda isə qoruyucu maska, eynək taxmalı, insanların çox olduğu yerlərdən mümkün qədər uzaq durmalı və digər insanlar arasında ən azı 2 metr məsafə saxlamalıdırlar.Maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır. Maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir. Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir.

2. Şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Əlləri tez-tez maye sabunla ən azı 20 saniyə yumalı və spirt tərkibli məhlulla dezinfeksiya etməlidirlər.

3. Evi gündə ən azı 3 dəfə havalandırmaq lazımdır.
4. Evdən çıxmağa məcbur qaldıqda,evə dönərkən paltarların 60-90 dərəcə temperaturda yuyulması tövsiyyə olunur.Üst paltarları bir gün balkonda saxlayaraq havalandırmaq lazımdır.
5. Stresdən mümkün qədər uzaq durmaq, sadə idman hərəkətləri etmək məsləhətdir.
6. Normal yuxu rejiminə əməl etmək önəmlidir.
7. Bol su içməli və təbii qidalara üstünlük vermək tövsiyyə olunur.
8. Mütəmadi olaraq həkiminizlə əlaqə saxlayın. Həkiminizin təyin etdiyi dərman preparatlarını düzgün və vaxtında qəbul edilməlidir.
9. Ciddi zəruriyyət yaranmadıqca, xəstəxanalara müraciət edilməsi məsləhət görülmür.

Bu qaydalara ciddi riayət etməklə xroniki ürək-damar xəstəliyi olan insanlar özlərini koronavirus (COVID-19)-dan qoruya bilərlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə