Təqvim
Andronikin gətirdiyi ermənilər İrəvan və Dərələyəz bölgələrindən qovulmuş müsəlmanları əvəzlədilər
11 aprel 2020 - 14:53

 XX əsrin əvvəllərində milli zəmində erməni-azərbaycanlı qarşıdurması və erməni millətçilərinin apardıqları etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən azərbaycanlı əhalisinin əhəmiyyətli hissəsi qovulmuşdu.1918-ci ilin ortalarından Andronikin rəhbərliyi altında erməni silahlı birləşmələri Zəngəzurda müsəlman yaşayış məntəqələrinin məhv edilməsində və regionun etnik cəhətdən təmizlənməsində böyük rol oynadı. Öz siyasi məqsədləri olan Britaniya komandanlığı Andronikə öz fəaliyyətini Qarabağa yaymağa imkan vermədi. Andronik özü ilə Şərqi Anadoludan, əsasən Muş və Bitlisdən 30 min erməni qaçqını gətirmişdi. Türkiyədən gələn ermənilərin bir hissəsi Zəngəzurda qaldı, qalanları isə erməni dövlətinin əsas regionlarını etnik cəhətdən eynitərkibli etmək məqsədilə İrəvan və Dərələyəz bölgələrində qovulmuş müsəlmanları əvəzlədilər. SSRİ EA-nın Qafqaz Etnoqrafik Məcmuəsindəki məlumatlara görə, “Ermənistanda azərbaycanlıların məskunlaşdıqları ərazilər boşaldılırdı. Burada daşnaklar tərəfindən “ölkənin yadellilərdən, birinci növbədə isə müsəlmanlardan təmizlənməsi” siyasəti həyata keçirilir və onlar Yeni Bayazit, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəzdən qovulurdular”.
Daha sonra məcmuədə bildirilir:
1897-ci ildə burada yaşayan 137,9 min əhalinin 63,6 min nəfəri erməni (46,2%), 71,2 min nəfəri azərbaycanlılar (51,7%), 1,8 min nəfəri isə kürdlər (1,3%) idi. 1922-ci ildə həyata keçirilən kənd təsərrüfatı işləri ilə bağlı siyahıya almaya görə isə Zəngəzurda 63,5 min nəfər, o cümlədən, 56,9 min nəfər erməni (89,5%), 6,5 min nəfər azərbaycanlı (10,2%) və 0,2 min nəfər rus (0,3%) yaşayırdı.
Erməni tarixçisi A.Boryana istinad edən amerikalı tarixçi F.Kazemzadənin sözlərinə görə, 1918-1920-ci illərdə müstəqil Ermənistanın daşnak hakimiyyəti idarəetmə ehtiyaclarına görə deyil, “müsəlman əhalini qovmaq və onların əmlakını ələ keçirmək məqsədilə yaradılmışdı”. Əvvəllər Türkiyənin nəzarət etdiyi, sonradan isə erməni ordusu tərəfindən ələ keçirilən ərazilərdə müsəlmanların məhv edilməsi nəhəng miqyas almışdı.1905.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə