Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA Masallı Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı Rayon Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və digər rayon rəsmiləri rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrində olub, uşaqlarla görüşərək onlara hədiyyələr təqdim ediblər.
Məktəbəqədər təhsil müəssisələrinin kollektivi onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Bütün hüquqlar qorunur © 2024