Təqvim
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarış keçirilib - VİDEO
02 aprel 2020 - 18:24

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış keçirilib.
Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışda şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.
Mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.
Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər.
Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə