Təqvim
Gürcüstan, İran və Rusiyadan şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub.
17 mart 2020 - 12:36

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub. Martın 18-dən bu məhdudiyyətlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.

Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətləri nəzərə alaraq bir daha bildiririk ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.

Virusun geniş yayıldığı İran İslam Respublikasından Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır.

Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir.

Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.

Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır.

Xarici ticarət iştirakçılarının diqqətinə onu da çatdırırıq ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə