Təqvim
Əlahiddə Ümumqoşun Orduda nümunəvi xidməti ilə seçilən qadın hərbi qulluqçular - VİDEO
09 mart 2020 - 15:58

Ümummilli liderimiz Heydər Əliyevin qadın hüquqları ilə bağlı həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə qadın əməyinə yüksək qiymət verilir. Naxçıvanlı qadınlar da ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda fəal iştirak edir, səmərəli fəaliyyətləri ilə seçilirlər.
***
Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.
***
Heydər Əliyev adına Hərbi Liseylə yanaşı Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və hərbi hissələrin xəstəxanalarında xidmət edən qadınlarımız zabit, gizir və əsgərlərin sağlamlıqlarının qorunması üçün əllərindən gələni əsirgəmirlər.
***
Bu gün birləşmə və hissələrdə Vətənimizi qoruyan əsgələrə dadlı, yüksək kalorili yeməkləri qadın hərbi qulluqçular hazırlayır.
***
Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Naxçıvan Qarnizonu qoşunlarında keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Kurslarda müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.
***
Göründüyü kimi qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi və mülki qulluqçu qadınlarımız da öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə