Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illiyi ildönümü rayonumuzda geniş qeyd olunmuşdur. Bayram tədbiri ilə əlaqədar olaraq SHXC üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşları əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər qərənfil dəstələri düzmüşlər. AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açmış, Xidmət işçilərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir. SHXC üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi polkovnik Ramil İsmayılov Dövlət Xidmətinin və Ağcabədi rayon şöbəsinin keçdiyi şərəfli yol haqda ətraflı məlumat vermişdir. Məruzə ətrafında rayon Məhkəməsinin sədri S.Ləzimov və RİHB-nin Təzəkənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Rizvan Şıxəliyev çıxış edərək SHXC üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşlarını təbrik etmişlər. Tədbirin sonunda şöbənin əməkdaşlarından hərbi xidmətə çağırış şöbəsinin rəisi mayor Eldar Nəbiyev və mülki işçi – müfəttiş Ramazan Rəhimov respublika SHXC üzrə Dövlət Xidmətinin rəisi general – leytenant Arzu Rəhimov tərəfindən Fəxri Fərmanla, şöbənin əməkdaşları Xəyal Novruzov və Kamil Kərimov isə Təşəkkürnamə ilə təltif olunmuşlar.
Bütün hüquqlar qorunur © 2024