Təqvim
Müdafiə naziri Dövlət Bayrağı Gününü hərbi hissədə qeyd edib (+FOTOLAR, +VIDEO)
12 noyabr 2019 - 16:15

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və “Açıq qapı günü” ilə əlaqədar tədbirdə iştirak ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra hərbi hissədə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər sıra meydanında Vətənə sədaqət andı içiblər.

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.
Bayram nitqi ilə çıxış edən Müdafiə naziri Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusu sürətlə inkişaf edir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub.

Nazir qeyd edib ki, ordumuz müasir silah və hərbi texnika ilə silahlanır, yeni hərbi hissələr, yaşayış kompleksləri inşa edilərək istifadəyə verilir. Bütün bunlar bizə imkan verir ki, Azərbaycan Ordusunun qoşun növləri, hərbi hissələri və bölmələrinin döyüş qabiliyyətini, o cümlədən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlayaq, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirək, xalqımızın ordusuna və işğal olunmuş torpaqların tezliklə azad olunacağına inamını daha da artıraq, gənc nəsli isə hərbi xidmətə həvəsləndirək.

“Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır.

Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır”, - deyə Müdafiə naziri bildirib.

Nazir Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edərək ona uğurlar arzulayıb.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

Əsgər valideynləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi xidmətlə əlaqədar onları maraqlandıran sualları cavablandırıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq vəzifəli şəxslərə göstərişlər verib.

Sonra “Açıq qapı günü” çərçivəsində Müdafiə naziri tədbir iştirakçıları ilə birlikdə hərbi hissədə təşkil olunan “Azərbaycanın tarixi bayraqları” sərgisinə baxış keçirib. Tədbir iştirakçılarına tarixin müxtəlif dövrlərinə təsadüf edən Azərbaycanın dövlət bayraqları haqqında ətraflı məlumat verilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında geniş konsert proqramı ilə davam edib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə