Təqvim
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir (+FOTOLAR, +VODEO)
02 noyabr 2019 - 02:21

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir.

İclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlər.

Əvvəlcə iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

İclasda çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edərək bildirib ki, xalqlarımızın dostluğu və ümumi irsi Azərbaycanda yüksək qiymətləndirilir. Nazir MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasına görə təşəkkürünü ifadə edib.

Tədbirin səmərəli keçəcəyinə və münasibətlərimizin gələcək inkişafına xidmət edəcəyinə əminliyini bildirən general-polkovnik Zakir Həsənov deyib: “Ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, işbirliyinin yeni perspektivlərini müəyyən edəcək, habelə ölkələrimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

Fürsətdən istifadə edərək, iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyində çalışan həmkarlarımıza minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, Azərbaycanda olmaqdan məmnun qalacaq, Bakı ilə daha yaxından tanışlıq və bu gün ölkəmizdə baş verən müsbət dəyişiklikləri yaxından izləmək imkanı əldə edəcəksiniz. Ölkələrimiz naminə qarşıda duran məsuliyyətli və mühüm məsələlərin həllində hər kəsə uğurlar və səmərəli iş arzu edirəm”.

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu iclasın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.

O bildirib ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti çoxsahəli hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir. MDB ölkələrinin Müdafiə nazirlərinin hər bir görüşü üzv dövlətlərin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. Bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin yer alması buna nümunədir.
İcraiyyə Komitəsinin sədri MDB-yə sədrliyin gələn il Özbəkistana keçdiyini xatırladıb.

İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib.

İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edilib. Bundan başqa, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olub.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə