Təqvim
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib (+FOTOLAR)
17 sentyabr 2019 - 00:44

Canveten.az xəbər verir ki, sentyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general- mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri, Akademiyanın rəhbərliyi, müəllim və tələbələr, valideynlər iştirak ediblər.

Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın müəllim-tələbə kollektivini, valideynləri təbrik edən İsmayıl Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il olduğu kimi, bu ildə yeni tədris ilinin başlanması ərəfəsində ölkəmizin bütün regionlarında, şəhər və qəsəbələrində yeni müasir təhsil ocaqları tikilib, istifadəyə verilib.

Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr istedadlı, bilikli gənclərin hər sahədə önə çəkilməsinə, təhsilimizin inkişafına təkan verib.

İsmayıl Hüseynov diqqətə çatdırıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq gömrük orqanlarının müasir elmin sirlərinə yiyələnən ixtisaslı kadrlarla təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunub.

Fəaliyyət göstərdiyi qısa dövr ərzində Akademiyanın yüksək nəticələr əldə etməsinin, bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrin yekun dövlət attestasiyası zamanı əldə etdikləri uğurlu nəticələrin qürurverici olduğu vurğulanıb.

Artıq tam əminliklə deyə bilərik ki, Akademiyamız nəinki ölkəmizin, eyni zamanda, regionun aparıcı müasir ali təhsil müəssisələrindən birinə çevrilib, - deyə sözünə davam edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Akademiyaya bu il qəbul olunan və hazırda təhsilini davam etdirən digər tələbələrin də estafeti uğurla başa vuracaqlarına əminliyini bildirib. İsmayıl Hüseynov gənclərin savadlı, bacarıqlı kadrlar, layiqli vətəndaşlar kimi yetişməsi məqsədilə Dövlət Gömrük Komitəsinin də bütün zəruri addımları atacağını diqqətə çatdırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edib. Bu ali təhsil ocağının uğurlarından söz açan Qulu Novruzov qeyd edib ki, Akademiya artıq 6-cı tədris ilini, yeni dərs ilini qarşılayır. Dövlət Gömrük Komitəsinin Akademiyası bu gün Azərbaycanın ən sayılıb- seçilən, ən inkişaf etmiş, ən mütərəqqi ali məktəbləri ilə müqayisə oluna bilən ali təhsil müəssisəsidir.

Akademiyanın rəisi vurğulayıb ki, bu gün Azərbaycanda hər sahədə olduğu kimi, gömrük sahəsində də çox intensiv, zamanın tələbinə uyğun olaraq çoxsaylı islahatlar həyata keçirilir. Bu istiqamətdə Azərbaycan Prezidentinin Qara qızılı insan kapitalına çevirək devizi rəhbər tutularaq ən mütərəqqi və yüksək səviyyəli mütəxəssislərin hazırlanması prioritet vəzifə olaraq qalır. Bu vəzifəni yerinə yetirmək üçün Akademiyanın kollektivi, pedaqoji heyəti, əməkdaşları, inzibati heyəti əllərindən gələni edirlər.

Akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirən Qulu Novruzov gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib və məzunlara uğurlar arzulayıb.

Tədbirdə bu il tələbə adını qazanmış I kurs tələbələri və onların valideynləri Akademiyada yüksək səviyyədə təhsilə yiyələnmələri üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Sonra gömrük sistemi atributlarının təqdim olunması mərasimi keçirilib. Simvolları Akademiyanın 2018/2019-cu il məzunları 2019/2020-ci tədris ili üzrə Akademiyaya yüksək balla qəbul olunan tələbələrə veriblər.

Daha sonra Akademiyaya yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına I ixtisas qrupu üzrə İnformasiya təhlükəsizliyi II ixtisas qrupu üzrə İqtisadiyyat
və III ixtisas qrupu üzrə Hüquqşünaslıq ixtisasına qəbul aparılıb, Akademiyanın qəbul planı 100% dolub.

Bununla yanaşı, 2019/2020-ci tədris ilində ilk dəfə olaraq Akademiyanın magistratura pilləsinə də Gömrük işi və Beynəlxalq hüquq ixtisasları üzrə qəbul aparılıb.

 

Sosial şəbəkələrdə paylaş:
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
Lənkəran-Astara regionu üzrə Spartakiada keçirilir – MASALLIDA 18:39, 23 may 2024
HÜNƏR QALASI 22:41, 22 may 2024
“Azad, firavan yurdum” – Masallıda tədbir 16:49, 22 may 2024
Masallıda partiya veteranları ilə görüş keçirilib 17:45, 21 may 2024
Masallıda qanvermə aksiyası keçirilib 17:12, 21 may 2024
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb 18:54, 19 may 2024
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə