Təqvim
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilib (+FOTO=28)
29 avqust 2019 - 16:14

Avqustun 26-da Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunub.

Layihə Müdafiə Nazirliyi, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Açılış mərasimindən öncə iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Müdafiə Nazirliyinin hərbi birliyi ilə tanış olublar.

Mərasimdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, hərbi qulluqçular və digər qonaqlar iştirak ediblər.

İştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.

Qonaqlar çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərbi quruculuqdan, o cümlədən ölkəmizin müxtəlif regionlarının sosial-iqtisadi inkişafından söz açıblar. Həmçinin diqqətə çatdırılıb ki, “ASAN Könüllüləri” tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.

Sonra “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları hərbi hissə ərazisində şəxsi heyət üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra tədbir iştirakçıları Gədəbəy rayonuna gəliblər. İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Düşərgə üzvləri, həmçinin Gədəbəy rayonunun mərkəzində ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Nadir Quliyevin və Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun abidəsini ziyarət edib, hər iki döyüşçünün xatirəsini böyük hörmət və ehtiramla anıblar. Tədbirdə Məzahir Rüstəmovun valideynləri də iştirak edib. Çıxış edən polkovnik Abdulla Qurbani hər iki döyüşçünün keçdiyi şərəfli ömür yolu və şücaəti barədə düşərgə üzvlərinə ətraflı məlumat verib.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov çıxış edərək nəinki onların övladlarına, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinə dövlətimiz tərəfindən böyük hörmət və ehtiram göstərildiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Sonda “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağına gəliblər.

Tədbiri açan polkovnik A.Qurbani son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış ordu quruculuğundan və qazanılmış uğurlardan danışıb. Bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etdiyini deyən A.Qurbani Aprel döyüşlərinin düşmənə sarsıdıcı zərbə vurduğunu, işğal altında olan torpaqlarımızın isə tezliklə Azərbaycan Ordusunun gücü ilə geri qaytarılacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov gənclər üçün bu cür hərbi düşərgələrin keçirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışlardan sonra hərbi orkestrin ifasında müxtəlif marşlar səslənib, xüsusi təyinatlıların nümunəvi çıxışları təqdim edilib.

Avqustun 30-dək keçiriləcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə