Təqvim
“Hərbiyyə”çilər “pusqu quran düşmən kəşfiyyatçılarına” qarşı vuruşub (+FOTOLAR, +VIDEO)
11 sentyabr 2019 - 19:45

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN Könüllüləri" təşkilatının birgə layihəsi olan “Hərbiyyə - 2019” düşərgəsinin beşinci günü gənc vətənpərvərlərin “Həyəcan” siqnalı ilə  qaldırılması ilə başlanıb.
Hamı bir nəfər kimi meydanda sıralanıb. Komandir “düşmənin təxribat törədərək texnika və canlı qüvvə ilə Beyləqan istiqamətində hücuma keçdiyini” bildirib. Bölgənin müdafiəçilərinə qoşulan hərbiyyəçilər də bir nəfər kimi düşmənin qarşısını almaq məqsədilə ölüm-qalım savaşına yollanıblar.

Sonra bunun bir yoxlama məşqi olduğu nəzərə çatdırılıb və  gənc vətənpərvərlərin ayıq-sayıqlığı, hər an döyüşə hazır olduqları yüksək qiymətləndirilib.
Səhər yeməyindən sonra ölkədə və dünyada baş verən mühüm hadisələr, ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasət haqqında düşərgə sakinlərinə məlumat verilib.
Sonra silahsız sıra hazırlığı üzrə məşğələ keçirilib.

Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovla görüş də maraqlı olub.

Abdulla Qurbani hazırda da cəbhə bölgəsində Vətənin keşiyində mərdliklə dayanan igid zabitimiz haqqında, onun şücaətləri barədə geniş söhbət açıb. Hələ iyirmi il əvvəl Naxçıvanda, 2016-cı ildə isə Lələtəpə istiqamətində əfsanəvi igidliklər göstərdiyini qeyd edib. Onu şəxsi heyətə nümunə göstərib. “Qəhrəmanlıq əbədi həyat qazandırır, həyatda qəhrəmanlığa həmişə yer var”, - deyən  A.Qurbani gənc vətənpərvərləri Şükür Həmidov kimi qəhrəman olmağa çağırıb.

Sonra gənclər gəzinti adı ilə düşərgədən çıxıblar. Bayraq və şüarlarla bəzədilmiş avtomobil karvanı Gəncə İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyayma stansiyasının səsləndirdiyi Xalq artisti Mübariz Tağıyevin “Qalx, ulu torpaq” mahnısının sədaları altında kəndlərdən keçdikcə yerli əhali, uşaqlar onları alqışlayıblar
Bir azdan “Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin gənc vətənpərvərlərini aparan avtomobil karvanı yol döngəsində “xüsusi təyinatlı kəşfiyyatçı qrupunun pusqusuna” düşüblər. Kəşfiyyatçılar ağaclardan, əvvəlcədən qazılmış çalalardan və daldalanacaqlardan çıxaraq kolonu mühasirəyə alıb və onları girov götürməyə səy göstəriblər.

Lakin könüllülər müqavimət göstərərək, hətta əli silahlı kəşfiyyatçılarla əlbəyaxa döyüşə çıxıblar. Təlimin döyüş şəraitinə maksimal uyğun olması məqsədilə silahlar işə düşüb, partlayışlar törədilib və həyacanlı anlar yaşanıb. Hərbiyyəçilər sonacan özlərini müdafiə edib, bayraqlarını mərdliklə qoruyublar. Qızlar da oğlanlardan geri qalmayıb, hər kəs bu pusqudan sağ-salamat qurtarmağa çalışıb. Çəkilişlər aparan operatorlar göründükdə könüllülərin bunun bir oyun olduğuna şübhələri qalmayıb.

Yaşıl talada birlik komandiri general-mayor Mayis Bərxudarov hərbiyyəçiləri salamlayıb, “pusqudan” uğurla çıxdıqlarına görə onlara təşəkkür edib.

Sonra kapitan Rəşad Vəliyev kəşfiyyat qrupları tərəfindən “düşmən obyektinə basqın” nümunəvi məşğələsini təqdim edib. Yenə də meşəni mərmi-güllə səsləri, tüstü-duman bürüyüb.

Artıq düşmən obyektinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar obyektə daxil olaraq, bir nəfəri əsir götürüb, qarşılarına qoyulmuş tapşırığı layiqincə yerinə yetiriblər. Yağışdan sonra ətrafın palçıqlı olmasına baxmayaraq kəşfiyyatçılar öz çeviklikləri ilə könüllüləri, könüllülər isə öz məharətləri ilə peşəkarları heyrətə gətiriblər.
Meşənin dərinliyində yerləşən şərti yaşayış məntəqəsində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə məşğələ də böyük maraq oyadıb.

Əvvəlcə kapitan İlkin Ağazadə könüllülər qarşısında çıxış edərək yaşayış məntəqəsində xüsusi təyinatlı qrupların fəaliyyətinin səciyyəvi xüsusiyyətlərini izah edərək bildirib ki,  bu döyüş növü digərlərindən obyektlərin pəncərə və künclərinin çoxluğuna görə bir çox çətinliklər yaradır. Buna baxmayaraq xüsusi təyinatlılar obyektlərdə olan düşmənin müqavimətini qıraraq obyektləri ələ keçirirlər.

Sonra kapitan İ.Ağazadə kəşfiyyatçı snayperlərin və kəşfiyyatçı əsgərlərin iştirakçılarla birlikdə müxtəlif şəraitlərdə maskalanmasını təmin edib.

Kəşfiyyat silah, optik-elektron cihazlar, mini pilotsuz uçuş aparatları, dağ ləvazimatları və xüsusi kəşfiyyatçı geyimləri sərgisinin açılışı olub. Burada yüzdən çox kəşfiyyat texniki ləvazimatları təqdim olunub.

Kapitan Həmid Cəfərli, kapitan Elşən Dadaşov, leytenant Emin Abdullayev tərəfindən hər bir kəşfiyyat texniki vasitəsi haqqında ətraflı məlumat verilib.

Meşədə təşkil olunmuş nahar yeməyindən sonra iştirakçılar istirahət edib, bura dəvət olunmuş bədii özfəaliyyət kollektivinin çıxışına baxıblar.

Sonra iştirakçılar kompasın köməyi ilə hərəkət və səmtimüəyyənetmə üzrə idman yarışının qaydaları ilə tanış olub və tapşırıqları praktiki icra ediblər. Hər komandadan altı oğlan və iki qız yarışlara qatılıb. Xəritələr paylandıqdan sonra komandalar start nöqtəsinə hərəkət edib, kompasın köməyi ilə xəritəni istiqamətləndirib, relyefə və yerli əlamətlərə əsasən birinci nəzarət nöqtəsini tapıblar.

Sonra komandalar digər nəzarət nöqtələrini də xəritədə qeyd olunmuş ardıcıllıqla taparaq finişə gəliblər. Onlar xəritədə göstərilən marşrut üzrə hərəkət etdikdə kiçik çaylar, keçilməz kolluqlar və bataqlıqlarla qarşılaşsalar da maneələri inamla dəf edərək finiş nöqtəsinə vaxtında çatıblar.

Yarışın katibləri mayor Taleh Eyyubov və kapitan Asif Cəfərov yarışın gedişatını diqqətlə izləyib, nəzarət  nöqtəsini ardıcıllıqla keçərək finişə gələn komandaları vaxtlarına görə qiymətləndirib və qalibləri elan ediblər.

 Bu yarışlarda “Qubadlı” komandası birinci, “Xocalı”, “Ağdərə” komandaları ikinci, “Xocavənd” və “Cəbrayıl” komandaları isə üçüncü yerləri öz aralarında bölüşüblər.
Yarışdan qalib kimi qayıdan gənc vətənpərvərlər Beyləqan rayonunun Qəhramanlı kəndinə gedərək, bir neçə gün öncə bölgənin müdafiəsində mərdliklə dayanan hərbi qulluqçular tərəfindən ucaldılan  Şəhidlər abidəsini ziyarət edib və şəhidlər bulağından su içiblər.

Anım mərasimindən öncə Şəhidlər abidəsinin qarşısına qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Abdulla Qurbani ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğını, şəhidlərin ölməzliyini, onların xatirəsinə abidələr ucaldıldığını, adlarının əbədiləşdirildiyini qeyd edib və bu istiqamətdə həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirib.

Polkovnik Elşad Əbilov da çıxış edərək bildirib ki, “təkcə son iki ildə hərbçilər tərəfindən şəhid olan qəhrəman oğulların xatirəsinə neçə-neçə bulaq inşa edilib. Füzuli rayonunun Alxanlı kəndində erməni vəhşiliyinin qurbanı olan məsum Zəhranın qətlə yetirildiyi yerdə uşaq parkı yaradılıb. Bir neçə gün öncə təmas xəttinə yaxın kəndin ərazisində şəhid Orxan Həmidovun xatirəsinə inşa edilmiş bulağın açılışında şəxsən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti iştirak edib. Bu istiqamətdə işlər davam etdiriləcək”.

Polkovnik E.Əbilov anım mərasiminin iştirakçılarının nəzərinə onu da çatdırıb ki, hərbçilər mütəmadi olaraq uşaq evlərinə baş çəkirlər. “İki gün öncə bir qrup zabit Şəki şəhərindəki uşaq evinin qonağı olub, yüzdən çox uşağa yeni dərs ili ərəfəsində tədris ləvazimatları, kitablar, geyimlər və digər ləvazimatlar hədiyyə edilib. Ad günü olan üç nəfər uşaq isə komandanlıq adından qiymətli hədiyyələrlə mükafatlandırılıb.”

Tədbirdə çıxış edən Qarabağ müharibəsi qaziləri, hərbi qulluqçular, eləcə də Qəhramanlı kənd ictimaiyyətinin nümayəndələri bir daha bəyan ediblər ki, Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.

Gənc vətənpərvərlər Qəhramanlı kəndindən “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları altında düşərgəyə qayıdıblar.

Növbəti gün düşərgənin bağlanışına həsr olunmuş təntənəli mərasim keçiriləcək, qaliblər mükafatlandırılacaqlar.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə