Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışlarına start verilib. Ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar. Yarışlarda hərbi qulluqçular həmçinin fərdi birincilik uğrunda da mübarizə aparacaqlar. Qeyd edək ki, ötən illərdəkindən fərqli olaraq yarışların daha effektiv təşkili və keçirilməsi məqsədilə beynəlxalq standartlara uyğun olaraq elektron çiplərdən istifadə ediləcək, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.
Bütün hüquqlar qorunur © 2024