Təqvim
Əlahiddə Ümumqoşun Orduda zabitlərlə təlim-metodiki toplantı keçirilib - (ViDEO+FOTO)
15 avqust 2019 - 17:38

Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib.
Toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına, xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib. Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyalar təşkil olunub. Həmçinin zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə