Təqvim
İşğalçıların İsa bulağı istirahət zonası ətrafında meşə qırğını… Azərbaycan Respublikasının XİN və “Azərkosmos” ASC-nin birgə mətbuat açıqlaması (+FOTOLAR)
10 avqust 2019 - 18:11

“Azərkosmos” ASC-nin Azersky peyki vasitəsilə cari ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib. Həmçinin, peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb. Məlum olduğu kimi, Ermənistanın işğal altındakı ərazilərimizdə törətdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır, həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir. Azersky təsvirləri vasitəsilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntıhasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, Azersky vasitəsilə aparılmış son monitorinqlər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və geniş miqyaslı yanğınların törədildiyi müşahidə edilib. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb. Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən təbii sərvətlərin istismarı və talan edilməsi, kənd təsərrüfatı və su ehtiyatları da daxil olmaqla sosial, iqtisadi və nəqliyyat infrastrukturunun dəyişdirilməsi, meşələrin qırılması, yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyriqanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar. Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqların əvvəl-axır Azərbaycanın nəzarətinə qaytarılması qaçılmazdır. O cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzkar qüvvə tərəfindən vurulan zərər müvafiq beynəlxalq mexanizmlər vasitəsilə hesablanacaq, Ermənistan Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir.

Şuşada “İsabulağı” istirahət zonası ərazisində meşə qırılması və infrastruktur işlərinin aparılması, Azersky peykindən əldə olunmuş təsvir, 39° 44' 38" N, 46° 42' 35" E

Tərtər rayonunun Dəmirli mədən yatağında aparılan hasilat və qazıntı işləri, Azersky peykindən əldə olunmuş təsvir, 40° 09' 08" N, 46° 46' 14" E

Füzuli rayonun işğal olunmuş ərazilərində (Füzuli şəhərinin ətrafı) yandırılmış sahələr, Azersky peykindən əldə olunmuş təsvir, 29 iyul 2019-cu il, 39° 36' 07" N, 47° 08' 44" E

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə