Təqvim
Cəmiyyət müharibə ruhunda yaşamalıdır... - Üzeyir Cəfərov deyir..
19 iyun 2019 - 13:33

Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Gərginləşmə hər iki tərəfin itki verməsi ilə müşahidə olunur. Həmçinin Azərbaycan və Ermənistan ordusu ard-arda genişmiqyaslı təlimlərə start verib.

Hazırda Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiyinə dair məlumatlar yayılır. Təlimlərin davam etdiyi ərəfədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda təşkil olunacaq görüşünə ciddi hazırlıq görülür.

Belə bir məqamda hər iki tərəf kəskin müharibə bəyanatları səsləndirirlər. Zakir Həsənov da bu gün keçirdiyi mətbuat konfransında da müharibə mövzusuna geniş yer verib. Müdafiə naziri ordunu müharibəyə hazırlaşdırdığına işarə edib. Əlbəttə ki, Azərbaycan ordusu hər an müharibəyə hazırdır. Ordumuzun genişmiqyaslı müharibəyə başlamasına heç bir maneə yoxdur. Hərbi texnikamız, şəxsi heyətimiz havadarlarının silahlarına möhtac olan Ermənistan ordusundakından qat-qat çoxdur. Nazirin də dediyi kimi, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Silahlı Qüvvələrimiz 2016-cı ilin aprelində qarşı tərəfə layiqli cavab verib, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etmişdi.

Ümumilikdə, Azərbaycan cəmiyyəti Ordumuza güvənir və müharibənin hər an başlaya biləcəyinə əmindir.

Müşahidələr göstərir ki, bu gərginləşmə fonunda Azərbaycan cəmiyyətində müharibə əhval-ruhiyyəsi hiss olunur. Günlərdir ki, sosial şəbəkələrdə müharibə çağırışları səsləndirilir.

Azərbaycan cəmiyyəti münaqişənin tam həll olunması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hərb yolunun seçilməsini istəyir.

Maraqlıdır, savaş çağırışları edən Azərbaycan cəmiyyəti genişmiqyaslı müharibəyə hazırdırmı?

Hərbi ekspert Üzeyir Cəfərov Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti müharibəyə hazır deyil: “Müdafiə naziri Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında maraqlı bir məqama toxundu. Zakir Həsənov deyib ki, “Biz icraçıyıq, nə vaxt tapşırıq verilsə, biz həmin tapşırığı yerinə yetirməyə hazırıq”. Azərbaycan Silahlı Qüvvələri daim döyüş hazırlığı vəziyyətindədir. Amma cəmiyyət müharibəyə hazır deyil”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan cəmiyyəti 24 saat müharibə əhval-ruhiyyəsi ilə yaşamalıdır: “Çünki Azərbaycan torpaqları işğal altındadır. Regionumuzda da vəziyyət gərgindir. Həm İran, həm Rusiya, həm də Dağlıq Qarabağla bağlı ciddi proseslər baş verir. Belə bir məqamda KİV və cəmiyyət müharibə ruhunda yaşamalıdır. Amma yaşıyırlarmı? Mən deyərdim ki, xeyir!”

Hərbi ekspert cəmiyyətin müharibə əhval-ruhiyyəsində olmamasının səbəbkarının müvafiq qurumlar olduğunu deyib:“Müvafiq qurumlar insanları hər an baş verə biləcək hadisələrə hazırlamalıdır. Bu proses cəbhə bölgələrində intensiv şəkildə aparılmalıdır. Görürsüz düşmən torpaqlarımızda at oynadır, Ağdamda təlim keçirir”.

 

Üzeyir Cəfərov cəmiyyətin müharibəyə hazırlanması üçün görülməli işlərdən də danışıb: “Ümumiyyətlə insanları müharibəyə hazırlamaq üçün ilk növbədə ən müasir üsullardan biri olan mediadan istifadə etmək lazımdır. Bizim televiziyalarımız, mediamız gecə-gündüz insanların beyninə yeritməlidir ki, “Müharibə! Müharibə! Müharibə!”, “Torpaqlarımız işğal altındadır!” İyun ayıdır. Qarşıdan 26 İyun Silahlı Qüvvələr Günü gəlir. İldə 1 dəfə 24 saat deyil, 365 gün televiziyalarımız, mediamız və hər birimiz bu müharibəyə hazır olmalıyıq!”

 

Elvin Məmmədov
Missiya.Az 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə