Təqvim
DÖVLƏT VƏ XALQ ÖZ MÜDAFIƏÇILƏRINİ HEÇ VAXT UNUTMAMALIDIR! (+FOTOLAR)
20 may 2019 - 09:22

Müqəddəs Qurani-Kərimdə şəhidlik cənnətin ən yüksək güşəsində insanın ucaldığı ən yüksək zirvədir!

Məhəmməd Peyğənbər Əleyhissəlam (s)

       

    Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “15” may 2019-cu il tarixdən  “15” sentyabr 2019-cı il tarıxinə kimi həyata keçirəcəyi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili ” layi­hə­sinin icrasına başladı.

      Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!”.

       1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin isdəyi ilə, rayonların kənd məzarlarında dəfn olunmuşlar.   

       Bu gün, onların valideyinləri vəfat etdikləri səbəbindən, Bakıda və regionlarda şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, vətəndaşların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.

Bu gün, Bakıda, rayon və kənd məzarlıqlarında şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikləri və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.

      Vətəndaşların şəhidlərin məzarlarına və onların xatirə abidələrinə göstərdikləri sayğısızlığının və biganəçiliyin əsas səbəbi, vətəndaşların şəhidlərimizin etdikləri qəhramanları və  fədakarlıqları haqqında məlumatlarının olmamasıdır.  Çünki, 20 mindan artiq olan şəhidlərimizdən, yalnız çox az sayda  sənədli filimlər çəkilibdir ki, onlarda yalnız bir çeçə Milli Qəhramanlar haqqındadır. Milli Qəhraman adı almayan şəhidlərimiz isə demək olar ki, günü-gündən unudulmaqda davam edir. Buda Vətən uğrunda canlarını Fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların sayğısızlığı və biganəçiliyi, şəhid aillələrini mənən sarsıdaraq onlara  pis təsir edir.

      Ən pisi budur ki, müharibə şəraitində olan ölkəmizdə vətəndaşların şəhidlərimizə qarşı göstərdikləri sayğısızlığı və biganəçiliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmalarına mənfi təsir  göstərir. 

      Cəmiyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin rəşadəti həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin ən önəmli istiqamətlərindən biridir. 

      Həyata keçirilən layihənin məqsədi, Bakıda və regionlarda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin vəziyətlərinə manitoring apararaq, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaqdır.

         Layihə çərçivəsində həmçinin, aidiyyati olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunda, Dövlət Sosial Siğorta Kommersiya Şirkətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti ilə birlikdə əməkdaşlıq, edərək Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixində imzaladığı,  Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına ictimai  dəstək verərək, onlara dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik  göstəriləcəkdir.  

       Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiy­yətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır.

     Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar.  Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar. 

      Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan  sonrada örnək olacaqdır. Bu günkü nəsili də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərməlidirlər.

       Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

      Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi  uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə