20 may 2019 - 09:22
Müqəddəs Qurani-Kərimdə şəhidlik cənnətin ən yüksək güşəsində insanın ucaldığı ən yüksək zirvədir!
Məhəmməd Peyğənbər Əleyhissəlam (s)
Canveten.az xəbər verir ki, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “15” may 2019-cu il tarixdən “15” sentyabr 2019-cı il tarıxinə kimi həyata keçirəcəyi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili ” layihəsinin icrasına başladı.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”.
1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin isdəyi ilə, rayonların kənd məzarlarında dəfn olunmuşlar.
Bu gün, onların valideyinləri vəfat etdikləri səbəbindən, Bakıda və regionlarda şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, vətəndaşların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.
Bu gün, Bakıda, rayon və kənd məzarlıqlarında şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikləri və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.
Vətəndaşların şəhidlərin məzarlarına və onların xatirə abidələrinə göstərdikləri sayğısızlığının və biganəçiliyin əsas səbəbi, vətəndaşların şəhidlərimizin etdikləri qəhramanları və fədakarlıqları haqqında məlumatlarının olmamasıdır. Çünki, 20 mindan artiq olan şəhidlərimizdən, yalnız çox az sayda sənədli filimlər çəkilibdir ki, onlarda yalnız bir çeçə Milli Qəhramanlar haqqındadır. Milli Qəhraman adı almayan şəhidlərimiz isə demək olar ki, günü-gündən unudulmaqda davam edir. Buda Vətən uğrunda canlarını Fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların sayğısızlığı və biganəçiliyi, şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.
Ən pisi budur ki, müharibə şəraitində olan ölkəmizdə vətəndaşların şəhidlərimizə qarşı göstərdikləri sayğısızlığı və biganəçiliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmalarına mənfi təsir göstərir.
Cəmiyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin rəşadəti həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin ən önəmli istiqamətlərindən biridir.
Həyata keçirilən layihənin məqsədi, Bakıda və regionlarda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin vəziyətlərinə manitoring apararaq, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaqdır.
Layihə çərçivəsində həmçinin, aidiyyati olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunda, Dövlət Sosial Siğorta Kommersiya Şirkətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti ilə birlikdə əməkdaşlıq, edərək Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixində imzaladığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına ictimai dəstək verərək, onlara dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik göstəriləcəkdir.
Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır.
Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan sonrada örnək olacaqdır. Bu günkü nəsili də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərməlidirlər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!
Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )