Təqvim
BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib (+FOTOLAR)
09 may 2019 - 04:04

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində “Şuşasız 27 il” adlı tədbir keçirilib. Rektor Elçin Babayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Qarabağın incisi Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycanxalqının başına gətirdiyi faciələrdən danışıb, günahsız insanların öldüyünü, dinc əhaliyə qarşı edilən vəhşilikləri ürək ağrısı ilə yada salıb.

İtirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini ifadə edən rektor Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin ölkəmizin ərazi bütövlüyü barədə çıxışını yada salıb, onun dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini dəstəkləyən çağırış etdiyini xüsusilə vurğulayıb.

Çıxışının sonunda rektor şəhidlərimizin qanının yerdə qalmayacağına, Şuşanın füsunkar gözəlliklərini yenidən vəsf edəcəyimizə inandığını bildirib.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Şuşa haqqında videoçarx nümayiş olunub.

BDU-nun dosenti Atamoğlan Məmmədli Şuşa şəhidlərinin qəhrəmanlıq tarixçəsindən, şəhərin müdafiəsində hərbçilərimizin göstərdikləri fədakarlıqlardan danışıb, girovluqdan qayıdan şəxslərin, komandirlərin ifadələrini yada salıb. Şuşada tarixi abidələrimizin vəhşicəsinə məhv edildiyini bildirən A.Məmmədli bu qədim diyarın yenidən mədəniyyət beşiyi olacağına əmin olduğunu bildirib.

Tədbir tələbələrin təqdimatında şəhid anası obrazını canlandıran kiçik tamaşa və “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə